5 C
Baku
Friday, January 24, 2025

“Yapı Kredit Bank Azərbaycan” keçən il şirkətlərdən depozit cəlbini üçqat artırıb

“Yapı Kredit Bank Azərbaycan” QSC-nin 2024-cü il üzrə maliyyə hesabatı depozitlərdə əhəmiyyətli artım göstərib.

Banker.az bankın illik maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə depozitlərin ümumi məbləği 534.7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 366.7 milyon manat 45.8% artım deməkdir.

Azərbaycanda fəaliyyətdə olan Türkiyə kapitallı bank son bir ildə şirkət və ya təşkilatların və ya qanuni dildə desək hüquqi şəxslərin depozitlərində daha kəskin artım qeydə alınıb.

Bankın şirkətlərin banklardakı depozitləri 2024-cü ildə bu məbləğ 428 milyon manata çataraq, əvvəlki ilin göstəricidən 54.7% çox olub.

Fiziki şəxslərin depozitləri hesabat ilində 106.8 mln. manata çatıb ki, illik müqayisədə 18.6% artım deməkdir.

“Yapı Kredi Bank” keçən il müştərilərə cəlb etdiyi depozitlər qarşılığında 5.45 mln. nabat faiz ödənişləri həyata keçirməklə illik 3.4 dəfə artıb.

Bankın keçən il müddətli depozitləri – hansı ki, xərcli borc sayılır son bir ildə 43.89 mln. manatdan 105 mln. manata yüksəlib. Bankın müddətli depozitlərinin böyük hissəsi, 62.5 mln. manatı ABŞ dollarındadır.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər son bir ildə 35% artımla 48,182.25 min manata qalxıb.

Son xəbərlər
Digər xəbərlər