5 C
Baku
Saturday, January 25, 2025

ARDNF: “Rusiyanın “VTB Bank”ı 2021-ci ildən dividend ödəmir”

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarı olduğu Rusiyanın “VTB Bank”ı 2021-ci ildən etibarən dividend ödəmir.

Bunu Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

Bildiyiniz kimi, 2012-ci ildən ARDNF investisiya portfelinin diversifikasiyası məqsədilə səhmlərə investisiyalara başlayıb. Bu çərçivədə, qeyd etdiyiniz kimi, 2013-cü ildə Rusiyanın ən iri maliyyə və sistem əhəmiyyətli qurumlarından biri, aktivlərinin məbləği 26 trilyon rubla yaxın (Rusiya bazarında 2-cidir) olan “VTB Bank”ın 3 % səhmləri əldə edilib. Bildirmək istərdik ki, yaxın gələcəkdə “VTB Bank”a əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb. Dividendlərə gəldikdə isə, “VTB Bank”a investisiya edilən tarixdən etibarən Fonda 3,9 milyard rus rublu dividend ödənilib. Xüsusilə qeyd etmək istərdim ki, 2021-ci ildən etibarən “VTB Bank”ın daxili dividend siyasətinə əsasən dividend ödənişləri həyata keçirilməyib”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər