ABŞ dollarının avroya qarşı məzənnəsi bir qədər möhkəmlənib.
“İnterfax” agentliyi xəbər verir ki, dolların məzənnəsinin möhkəmlənməsinə bazar iştirakçılarının Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin yumşaq pul-kredit siyasətini saxlayacağı ilə bağlı gözləntiləri səbəb olub.
C. Yellen bu gün Nyu-York İqtisadi Klubunda çıxış edəcək.
Nyu-York birjasında ötən gün 1 avro 1,1196 dollara dəyişdirilirdisə, hazırda Avrozonanın vahid valyutası 1,1185 dollara qədər ucuzlaşıb.
Ticarət əməliyyatları zamanı dollar Yaponiyanın milli valyutasına nəzərən əhəmiyyətli dərəcədə bahalaşıb. Belə ki, ötən gün 1 ABŞ dolları 113,45 ieninə dəyişdirilirdisə, indi bu göstərici 113,61-ə yüksəlib. Bu dövrdə avro 127,02 iendən 127,05 ienədək bahalaşıb
APA-Economics