24 C
Baku
Sunday, September 29, 2024

Barclays: Neftin qiyməti 30 dollaradək ucuzulaşa bilər

İngiltərənin aparıcı banklarından olan “Barclays” xam neftin barrel qiymətinin bu ilin ikinci rübündə 30 dollaradək ucuzlaşacağı qənaətindədir.

Bu barədə bankın hazırladığı həftəlik hesabatında deyilir. Bildirilir ki, bu ilin ilk rübündə xam neft də daxil olmaqla əmtəə qiymətləri yüksəlib, bu da güclü iqtisadi təməllərə söykənir.

Hesabatda investorların ilin ikinci rübündə uzunmüddətli əməliyyatlar əvəzinə daha qısa müddətdə gəlir əldə etməyə çalışacaqları qeyd edilib. Bu əməliyyatların reallaşdırılması nəticəsində əmtəə qiymətlərinin 20-25 faiz arasında azalacağı qeyd edilən hesabatda xam neftin barrel qiymətinin də 30 dollaradək ucuzlaşacağı bildirilir.

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər