24 C
Baku
Sunday, September 29, 2024

Soyadına görə heç bir saytda qeydiyyatdan keçə bilmir

İnternet aləmində soyadına görə heç bir saytda qeydiyyatdan keçə bilməyən qadın bu problemi həll etməyə çalışır.

“Thenextweb” xəbər verir ki, Jennifer Null adlı qadın soyadı “Null” olduğu üçün heç bir sayt, sosial şəbəkədə qeydiyyatdan keçə bilmir. Bunun səbəbi isə kompüterlər kodlar əsasında hazırlandığı üçün “Null” sözü boşluq kimi qəbul edilir.

İngilis dilindən boş və alman dilində isə sıfır mənasını bildirən bu sözü saytlarda qeydiyyatdan keçdiyi zaman “xananı boş buraxmısınız” deyə bildiriş gəlir.  Saytlarda qeydiyyatdan keçən zaman qızlıq soyadını istifadə etsə də, onlayn həyata keçirilən ödənişlər, bank xidmətlərindən istifadə edən zaman isə problemlərlə qarşılaşır.

Technews.az

Son xəbərlər
Digər xəbərlər