1 C
Baku
Wednesday, February 12, 2025

ABŞ yarımkeçiricilərin idxalına rüsumlar tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp ölkəsinin yarımkeçiricilər və əczaçılıq məhsullarının idxalına tariflər tətbiq edəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ polad və bəzi digər mallara da rüsumlar tətbiq edə bilər. Amerika prezidenti bu barədə Nümayəndələr Palatasında hakim Respublikaçılar Partiyasının fraksiyasında çıxışı zamanı bildirib.

“Yaxın gələcəkdə bu məhsulların istehsalını ABŞ-yə qaytarmaq üçün xaricdə istehsal olunan kompüter çiplərinə, yarımkeçiricilərə və əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik”, – siyasətçi söyləyib.

O, istehsalçıların “ABŞ-ni tərk edərək Tayvana köçdüyünü” vurğulayaraq, yarımkeçiricilərin təxminən 98%-nin burada olduğunu bildirib. “Biz onların geri qayıtmasını istəyirik”, – ABŞ prezidenti əlavə edib. O qeyd edib ki, yeni administrasiya polad və bəzi digər sənaye sahələrinə də tariflər tətbiq edəcək.

Seçki kampaniyası zamanı cənab Tramp ABŞ-nin bütün idxal mallarına 10% rüsum tətbiq edəcəyini vəd etmişdi. “Bloomberg”in məlumatına görə, planlara tariflərin ayda 2-5% tədricən artırılması daxildir, Çin üçün tariflər 60%-dək ola bilər.

Son xəbərlər
Digər xəbərlər