10 C
Baku
Thursday, January 30, 2025

Azərbaycanın xarici borcu $5.2 mlrd.-a düşüb

2025-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikası dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 295.6 milyon manat məbləğində xərclər nəzərdə tutulub.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir.

2024-cü il ərzində qeyd olunan xərclərdən daxili dövlət borcu üzrə 170.3 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1 milyard 125.2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275.2 milyon manat), cəmi 1 milyon 295.5 milyon manatın ödənilməsi təmin edilmişdir.

2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin il ərzində qənaət olunmuş 0,1 milyon manat (bank xərci) məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanunun 13.2.4-cü maddəsinə uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülmüşdür.

Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 yanvar tarixinə xarici dövlət borcunun səviyyəsi 5 160 milyon ABŞ dolları və ya 2024-cü il üzrə ÜDM-in 6.9 faizini təşkil edir. Keçən ilin əvvəlində bu borc 6 mlrd. 480.7 mln. ABŞ dolları olub.

Dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcunun səviyyəsi operativ məlumatlara əsasən 2025-ci il 1 yanvar tarixinə 18 milyon 659,7 milyon manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər