2024-cü ildə Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 353 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.7% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752 milyon 712 min manat olub ki, bu da 28% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 222 milyon manat, sığorta ödənişlərinin həcmi isə 587 milyon 325 min manat olub.