8 C
Baku
Friday, January 31, 2025

ABŞ-nin kommersiya neft ehtiyatları artıb

ABŞ-də kommersiya neft ehtiyatları doqquz həftəlik azalmadan sonra yenidən artıb.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Belə ki, ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 463 min barel artaraq 415 126 min barel təşkil edib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 200 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər