9 C
Baku
Friday, January 31, 2025

Qızılın spot qiyməti ilk dəfə 2800 dolları keçib

Spot bazarda qızılın qiyməti ABŞ-dən idxal olunan mallara rüsumların tətbiq olunacağı qorxusu ilə bütün zamanların ən yüksək həddinə çatıb.

Hərraclar zamanı qızılın bir unsiyasının qiyməti 2800.43 dollara yüksəlib.

Bu arada, “Comex” birjasında fevral fyuçersləri cümə günü 0.1% artaraq bir unsiya üçün 2824.90 dollara çatıb. Son bir ayda qiymətli metal 6.5% bahalaşıb.

ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan idxal edilən mallara daha əvvəl söz verdiyi 25% tariflərin şənbə günü qüvvəyə minəcəyini təsdiqləyib. Bu, qızıl da daxil olmaqla təhlükəsiz sığınacaq aktivlərinə tələbatın artmasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər