11 C
Baku
Monday, February 3, 2025

Tramp Kanadaya ABŞ-nin 51-ci ştatı olmağı və rüsum ödəməməyi təklif edib

Əgər Kanada ABŞ-nin 51-ci ştatı olarsa, gömrük rüsumlarını ödəməli olmayacaq, ABŞ-nin yeni lideri Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

“Kanada bizim sevimli 51-ci ştatımız olmalıdır. Bu, ölkə əhalisi üçün daha aşağı vergilər və daha yaxşı hərbi müdafiə deməkdir. Və heç bir tarif yoxdur!”, – deyə Tramp bildirib. O, həmçinin vurğulayıb ki, ABŞ Kanadaya yüz milyardlarla dollar subsidiya ayırır. Və bu olmasa, Kanada “yaşayışlı ölkə kimi mövcud olmağı dayandıracaq”.

Qeyd edək ki, ABŞ Kanada və Meksikadan gələn mallara 25%, Çindən gələn mallara isə 10% rüsum tətbiq edib. Tariflər çərşənbə axşamı, fevralın 4-dən qüvvəyə minir.

Buna cavab olaraq Kanada və Meksika ABŞ mallarına cavab rüsumlar tətbiq edib. Kanadanın Baş naziri Castin Trüdonun sözlərinə görə, Trampın hərəkətlərindən ilk növbədə amerikalılar əziyyət çəkəcəklər.

Meksika prezidenti Klaudiya Şeynbaum iqtisadiyyat nazirinə ABŞ-yə qarşı cavab tədbirləri görməyi tapşırıb. Çin isə Trampın Ümumdünya Ticarət Təşkilatında (ÜTT) hərəkətlərinə etiraz edəcəyini və əks tədbirlər görəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər