7 C
Baku
Monday, February 3, 2025

Avrozonada inflyasiya 2.5%-dək sürətlənib

Avropa İttifaqının statistika idarəsi ilkin məlumatları təqdim edən hesabatda bildirib ki, yanvar ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2.5% artıb. Beləliklə, inflyasiya ötən ilin iyul ayından etibarən maksimumu yeniləyib.

Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri (CPI Core) əvvəlki ayla müqayisədə 2.7% artıb. Ekspertlər orta hesabla 2.6% artım gözləyirdilər. İlkin məlumatlara görə, ötən ay xidmətlərin qiymətində artım dekabrdakı 4% ilə müqayisədə 3.9% təşkil edib. Ərzaq məhsullarının, alkoqol və tütün məmulatlarının qiymətlərinin artımı isə 2.6%-dən 2.3%-ə enib. Yanvarda sənaye istehsalı dekabrda olduğu kimi 0.5%, enerji resursları isə 1.8% bahalaşıb.

Avrozonada istehlak qiymətləri yanvarda əvvəlki ayla müqayisədə 0.3% ucuzlaşıb. Dekabrda onlar aylıq müqayisədə 0.4% artıb.

Avrozonada yanvar ayı inflyasiya dinamikası ilə bağlı yekun məlumatlar fevralın 24-də açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər