11 C
Baku
Tuesday, February 4, 2025

Azərbaycanda POS-terminalların sayı 38%-dən çox artıb

Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur.

Banker.az xəbər verir ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 6.2%, POS-terminalların sayı 38.4% artıb.

119 540 ədəd Pos-terminalın 73 042 ədədi Bakıda, 46 498 ədədi isə regionlarda yerləşir.  3 304 ədəd bankomatın isə 1 772 ədədi Bakıda, 1 532 ədədi isə regionlardadır.

Onu da qeyd edək ki, 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 mln. manatı POS -terminallar, 3.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

Son xəbərlər
Digər xəbərlər