11 C
Baku
Tuesday, February 4, 2025

Havanın temperaturu enəcək, yağış, qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Bəzi dağlıq rayonlarda fevralın 6-8-də gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq ayın 8-dək hava şəraiti dəyişəcək.

Belə ki, havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) isə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Son xəbərlər
Digər xəbərlər