Anar Eldar oğlu Mansurov 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.
A.Mansurov 2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində çalışırdı.
1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr, 2011-ci ildə həmin universiteti, 2022-ci ildə isə “Warwick” Universitetini “Biznesin idarə edilməsi” (MBA) ixtisası üzrə magistr dərəcələrilə bitirmişdir.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında başlamış, 2008-2011-ci illərdə Maliyyə menecmenti departamentində müxtəlif vəzifələrində işləmişdir. 2011-2017-ci illərdə “Azərikard” MMC-də Maliyyə menecmenti departamentinin direktoru vəzifəsində işləmişdir. 2019-2022-ci illərdə isə “AzReTəkrarsığorta” ASC-də Direktorlar Şurasının müstəqil üzvü, eyni zamanda 2019-cu ilin iyun ayından 2022-ci ilin avqust ayınadək “AzerGold” QSC-də Maliyyə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2022-ci ilin avqust ayından 2025-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə idarəetməsi departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.