Elrad Eldar oğlu Seydiyev 2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
1985-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə-kredit” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2007-ci ildə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Məkəzi Bankının Bazar əməliyyatları departamentində iqtisadçı vəzifəsilə başlamışdır. 2008-2020-ci illərdə Bazar əməliyyatları departamentinin Bazar əməliyyatları şöbəsində kiçik diler, diler, böyük diler və şöbə rəisi vəzifələrində çalışmışdır.
2020-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin fevral ayının 3-dən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 3 övladı var.