7 C
Baku
Thursday, February 6, 2025

Naxçıvanda əmanət qoyuluşunda və nağdsız dövriyyədə artım olub

Bu il yanvarın 1-nə olan məlumata əsasən, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən əhalidən cəlb edilmiş müddətli əmanətlərin həcmi 25 milyon 500 min manat təşkil edib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublika İdarəsindən bildirilib ki, bu da 1 yanvar 2024-cü ilin göstəricisi ilə müqayisədə 8 milyon 677 min manat və ya 1,5 dəfə çoxdur. Cəlb edilmiş bu növ əmanətlərin 94,4 faizi və ya 24 milyon 60 min manatı milli valyutada, 5,6 faizi və ya 1 milyon 440 min manatı isə xarici valyutada olan əmanətlərin payına düşüb ki, milli valyutada cəlb edilmiş əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 178 min manat və ya 1,5 dəfə, xarici valyutada cəlb edilmiş əmanətlərin həcmi isə 499 min manat və ya 1,5 dəfə çox olub.

Keçən il regionda fəaliyyət göstərən bank və bank filiallarının emissiya etdiyi ödəniş kartları vasitəsilə ölkədaxili və ölkəxarici nağdsız əməliyyatların və onların regiondakı ödəniş xidməti şəbəkəsi vasitəsilə həyata keçirilən nağdsız əməliyyatların həcmi, ümumilikdə, 1 milyard 26 milyon 328 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 408 milyon 733 min manat və ya 1,7 dəfə çoxdur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər