7 C
Baku
Thursday, February 6, 2025

Səudiyyə Ərəbistanı mart ayında Asiya və Avropa üçün neft qiymətlərini kəskin artıracaq

Səudiyyə Ərəbistanı mart ayında Asiya və Avropadan olan alıcılar üçün neftin qiymətini kəskin qaldıracaq.

Asiyaya tədarük edilən “Arab Light” markalı neftin qiyməti 2.4 dollar/barel artırılacaq. Bu, 2022-ci ilin avqustundan bəri ən yüksək dinamikadır. Nəticə etibarı ilə, dövlətə məxsus olan “Saudi Aramco”dan verilən açıqlamaya görə, bununla əlaqədar “Arab Light” 3.9 dollar bahalaşacaq.

Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələri üçün qiymətlər 3.2 dollar/barel, ABŞ alıcıları üçün isə 0.1-0.3 dollar/barel artacaq.

Son xəbərlər
Digər xəbərlər