4 C
Baku
Friday, February 7, 2025

Bakıda bəzi yollarda svetoforların vaxt planı dəyişdirilib

Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforların vaxt planı dəyişdirildi.

Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib. Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.

Son xəbərlər
Digər xəbərlər