4 C
Baku
Friday, February 7, 2025

Peskov: Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar veriləcək

Rusiya Bakıdakı “Rus Evi”nin bağlanması ilə bağlı ikitərəfli münasibətlər səviyyəsində qərar verəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml bunu anlaşılmazlıq hesab edir.

Peskov Rusiyanın Bakıda “Rus Evi”nin bağlanmasından təəssüfləndiyini qeyd edib.

“Biz buna təəssüflənirik. Bu məsələnin həllinə ikitərəfli təmaslarla nail olmaq olar… Biz bu məsələni müxtəlif səviyyələrdə həmkarlarımız qarşısında qaldıracağıq. Əgər ən yüksək səviyyədə təmaslar olarsa, o zaman iki dövlət başçısının dialoqunda bu məsələnin gündəmə gətiriləcəyini yəqin ki, istisna etmirik. Biz mehriban, ənənəvi münasibətlərimizi rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcəyik”, – Kremlin sözçüsü vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər