Azərbaycanda son illərdə investisiya şirkətləri müştərilərinin marja ticarətində (forex bazarı) zərər və mənfəət üzrə nisbətlərini təqdim etməyə başlayıblar. Marja ticarəti investorlara kreditlə (leverec) daha böyük həcmdə ticarət aparmağa imkan verir. Bu ifadə həmin dövr ərzində müştərilərin qazandığı və itirdiyi pulların faiz nisbətini və ya ümumi balansı göstərir.
Mərkəzi Bankın “Marja ticarəti Qaydası”nın 11.3-cü maddəsinə görə, investisiya şirkətləri mənfəət və zərərdə olan müştəri hesablarının faiz nisbətini (həm say üzrə, həm də məbləğ üzrə) rəsmi internet səhifəsinin ilk səhifəsində diaqram formasında açıqlayır və rüblük qaydada yeniləyir.
Banker.az-ın araşdırmasına görə, marja ticarətində 5 aktiv foreks əməliyyatları təklif edən broker var və onların hər birində, demək olar ki, zərər nisbəti mənfəətliliyi üstələyir. Lakin bu zərər nisbətinin olması normaldır və hətta əksər ölkələr üzrə göstəricidən bir qədər aşağıdır. Məsələn, Avropa, Asiya və ABŞ-də brokerlərin zərərlilik nisbəti 75-80% təşkil edir. Azərbaycanda foreks üzrə üç əsas brokerdə bu nisbət 60%-dən aşağıdır.
Banker.az-ın İnvestisiya bölməsi həmin siyahını təqdim edir: