“Neftçi Arena”nın və klubun Futbol Mərkəzinin adı dəyişdirilir.
Bu, “Palms Sports”la imzalanan əməkdaşlıq müqaviləsinə əsasən reallaşacaq.
“Palms Sports” Bakı təmsilçisinin ev oyunlarını keçirdiyi stadion və Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.
Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb.