ABŞ prezidenti Donald Tramp gələn həftə bir neçə ölkə ilə qarşılıqlı rüsumların tətbiqini elan etmək niyyətindədir.
Tramp bu barədə Ağ Evdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə birgə mətbuat konfransında bildirib.
“Bizim rüsumlarımız olacaq, əsasən də qarşılıqlı tariflər”, – deyən Tramp bazar ertəsi və ya çərşənbə axşamı bu məsələ ilə bağlı görüş keçirməyi planlaşdırdığını bildirib.
Trampın sözlərinə görə, qarşılıqlı rüsumlar bu və ya digər ölkənin ABŞ-a müəyyən rüsum tətbiq etməsini, Vaşinqtonun isə eyni cür cavab verməsini nəzərdə tutur.
“Mən inanıram ki, bu, yeganə ədalətli yoldur”, – deyən Tramp hansı ölkələrə əlavə rüsum tətbiq olunacağı ilə bağlı məlumat verməyib.