3 C
Baku
Tuesday, February 11, 2025

İlon Mask “OpenAI”ni 97.4 mlrd. dollara almağı təklif edib

İlon Maskın başçılıq etdiyi investorlar konsorsiumu “OpenAI”a nəzarət edən qeyri-kommersiya təşkilatını 97.4 milyard dollara almaq təklifi ilə çıxış edib, “The Wall Street Journal” yazır.

İlon Mask açıqlamasında deyib: “OpenAI-ni öz köklərinə – açıqlığa və təhlükəsizliyə qaytarmağın vaxtıdır. Biz bunu təmin edəcəyik”.

“OpenAI”nin baş direktoru Sem Altman Maskın təklifinə cavab olaraq “X”də (keçmiş “Twitter”) yazıb: “Yox, təşəkkür edirəm, amma istəyirsinizsə, biz “Twitter”i 9.74 milyard dollara almağa hazırıq”.

Maskın təklifi Altmanın investisiyaları artırmaq və “OpenAI”ni inkişaf etdirmək planlarını çətinləşdirə bilər. Hazırda şirkət 40 milyard dollardan çox kapital toplamaq üçün danışıqlar aparır və süni intellekt üçün infrastruktur yaratmaq məqsədilə 500 milyard dollarlıq layihə həyata keçirməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər