3 C
Baku
Tuesday, February 11, 2025

Trampın tarifləri Kanada dollarını yeni risklə üz-üzə qoyur – forex

ABŞ prezidenti Donald Trampın tətbiq edə biləcəyi rüsumlarla bağlı davam edən təhdid fonunda Kanada dolları yenidən dəyər itirmək riski ilə üzləşə bilər.

Banker.az xəbər verir ki, bu barədə “Monex Europe” analitiklərinin qeydində bildirilir.

Keçən həftə Tramp Kanadaya və Meksikaya tətbiq olunacaq rüsumları 30 gün müddətinə dayandıracağını elan etdikdən sonra valyuta müəyyən qədər dəyər qazandı.

Lakin analitiklər bildirirlər ki, rüsum riski hələ də yüksək olaraq qalır.

“Bazarlar Kanadanın mümkün siyasət güzəştlərini və rüsumların dayandırılmasının daimi olub-olmayacağını izləyəcək”- deyə, qeyddə bildirilir.

Cümə günü açıqlanacaq Kanada üzrə məşğulluq hesabatı da önəmli olacaq, çünki işsizlik trendləri Kanada Bankının faiz dərəcələri ilə bağlı gözləntilərinə təsir göstərə bilər.

USD/CAD məzənnəsi 0.3% azalaraq 1.4338 səviyyəsinə düşüb.

Kanada Alüminium Assosiasiyasının baş direktoru Cen Simar deyir ki, ABŞ-ın Kanadadan idxal olunan alüminiuma tətbiq edəcəyi rüsum “ABŞ-da sənaye alüminium dəyər zənciri üçün o qədər dağıdıcı olacaq ki, uzun müddət davam edə bilməz.”

Simar The Wall Street Journal-a bildirib ki, Tramp administrasiyasının Kanada istehsalı olan alüminiumu prezidentin idxal polad və alüminiuma tətbiq etdiyi 25% rüsum qərarından kənarda saxlayacağına ümid edir. O vurğulayıb ki, ABŞ-dakı kiçik və orta həcmli istehsalçılar avtomobil, aerokosmik məhsullar və məişət texnikasının istehsalında istifadə olunan metal üçün əhəmiyyətli dərəcədə daha çox pul ödəmək məcburiyyətində qalacaqlar.

“Bəzi məhsullar bazardan sıxışdırılacaq və yerini xarici idxal malları tutacaq,” – Simar proqnozlaşdırır. Kanada ABŞ-ın idxal etdiyi alüminiumun təxminən 60%-ni təmin edir.

Son xəbərlər
Digər xəbərlər