4 C
Baku
Wednesday, February 12, 2025

EIA Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu yeniləyib

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozu yeniləyib.

EIA-nın aylıq hesabatına əsasən, 2025-ci ildə ildə ölkədə ortalama gündəlik neft hasilatı 630 min barel səviyyəsində olacaq (proqnoz dəyişməyib).

EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 610 min barel təşkil edəcək (öncəki proqnoz göstəricisi – 620 min barel).

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 600 min barel olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər