6 C
Baku
Wednesday, February 12, 2025

“Hyundai Azərbaycan”dan götürülənlər “geri qaytarılır” – Yenidən $2 mln. maya qoyulur

“NAB Holding”in Azərbaycandakı avtomobil satışları üzrə diller şirkəti “Auto Azərbaycan” MMC-nin (Hyundai Azərbaycan) nizamnamə kapitalı daha 2 milyon ABŞ dolları artırılıb.

Banker.az xəbər verir ki, “Auto Azərbaycan” MMC-nin nizamnamə kapitalı 2 milyon dollar və ya 13% artımla 17.35 milyon dollara çatdırılıb.

Bununla belə, nizamnamə kapitalı üç il öncə qeydə alınmış 29.85 milyon dollardan xeyli aşağıdır. Bildirək ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 71.6% azaldılaraq 11 852 742 ABŞ dollarına qədər düşmüşdü.

“Auto Azərbaycan” 1996-cı ildə təsis edilib, NAB Holdinqə məxsudur. Holdinq Azərbaycanda “Bank of Baku”nun səhmlərində 35% paya sahib olmaqla əsas payçısıdır. Elektronika mağazalar şəbəkəsi olan “Baku Electronics” şirkəti də holdinqə daxildir.

Son xəbərlər
Digər xəbərlər