4 C
Baku
Wednesday, February 12, 2025

Yunanıstanda yeni prezident seçilib

Yunanıstan parlamenti namizədliyi Baş nazir Kiriakos Mitsotakis tərəfindən irəli sürülən qanunverici orqanın keçmiş sədri Kostas (Konstantinos) Tasulası prezident seçib.

Bu, ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən məlum olub.

Yanvarın 25-i, 31-i və fevralın 6-da keçirilən səsvermənin ilk üç turu uğursuz olub. Səsvermənin birinci və ikinci turunda Yunanıstan prezidentinin seçilməsi üçün üçdə iki səs çoxluğu (300 yerlik parlamentdə 200 səs), üçüncü turda isə beşdə üç səs çoxluğu (180 səs) tələb olunurdu. Hər üç turda 160 deputat Tasulasa səs verib. Dördüncü turda prezident 151 səs çoxluğu ilə seçilir. Tasulasın namizədliyini irəli sürmüş hakim “Yeni demokratiya” partiyası parlamentdə 156 üzvlə təmsil olunur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər