3 C
Baku
Wednesday, February 12, 2025

Aİ qaz qiymətlərinin məhdudlaşdırılmasını müzakirə edir

Avropa Komissiyası qaz qiymətlərinə müvəqqəti məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir. “Financial Times” yazır ki, məsələ gələn ay təqdim olunacaq yeni sənaye strategiyasının bir hissəsi kimi müzakirə olunur. Sənədin ABŞ ilə ticarət qarşıdurması və Aİ daxilində sərt ekoloji tələblər fonunda ağır sənayeni dəstəkləmək planını əks etdirəcəyi gözlənilir.

Bazar ertəsi Aİ-də qazın qiyməti son iki ilin ən yüksək səviyyəsinə çatıb. Bu, qismən soyuq hava şəraiti və zəif küləklərlə əlaqəlidir ki, bu da bərpa olunan enerji istehsalının azalmasına səbəb olub. Hazırda Avropada qaz ABŞ-dən 3-4 dəfə bahadır ki, bu da Avropa şirkətləri üçün ciddi iqtisadi çətinliklər yaradır. “FT” xəbər verir ki, qiymətlərin məhdudlaşdırılması ideyası ilə bağlı müzakirələr hələ erkən mərhələdədir.

Avropa enerji birjaları assosiasiyası “Europex” və digər on təşkilat Avropa Komissiyasının sədri Ursula von der Leyenə məktub göndərərək xəbərdarlıq edib ki, qiymət həddi Avropa enerji bazarına inamı sarsıdacaq və təchizat təhlükəsizliyini təhdid edəcək. Onlar həmçinin qorxurlar ki, limitin tətbiqi blokun ABŞ ilə münasibətlərini pisləşdirə bilər, çünki ölkə Aİ-yə LNG alışını artırmaq üçün təzyiq edir.

Son xəbərlər
Digər xəbərlər