Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq hüququ verilən beynəlxalq fənn olimpiadalarının siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, siyahı Təhsil İndtitutu tərəfindən elan olunub.
Siyahıya daxil olan beynəlxalq fənn olimpiadaları bunlardır:
1. Beynəlxalq riyaziyyat olimpiadası (IMO);
2. Beynəlxalq Balkan riyaziyyat olimpiadası (yuxarı yaş qrupu) (BMO);
3. Avropa qızlar riyaziyyat olimpiadası (EGMO);
4. Beynəlxalq fizika olimpiadası (IPHO);
5. Avropa fizika olimpiadası (EUPHO);
6. Asiya fizika olimpiadası (APHO);
7. Beynəlxalq kimya olimpiadası (ICHO);
8. Beynəlxalq Mendeleyev kimya olimpiadası;
9. Beynəlxalq biologiya olimpiadası (IBO);
10. Beynəlxalq informatika olimpiadası (IOI).
Ətraflı məlumat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
e-qanun