3 C
Baku
Thursday, February 13, 2025

Ötən il dünya hərbə daha çox pul xərcləyib

2024-cü ildə qlobal hərbi xərclər əvvəlki ilə nisbətən 7,4% artaraq 2,46 trilyon dollara çatıb.

Bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) məlumat yayıb.

Müdafiə xərclərinə görə lider 960 milyard dollardan çox pul xərcləyən ABŞ-dir. Avropada ümumi müdafiə xərcləri son bir ildə 11,7% artaraq 457 milyard dollara çatıb. Regional artıma Almaniyanın müdafiə büdcəsinin 23,2% artması səbəb olub. Ölkə Böyük Britaniyanı keçərək NATO ölkələri arasında müdafiəyə ən çox pul xərcləyən ikinci ölkə olub. Ötən il Almaniyanın hərbi büdcəsi 86 milyard dollara çatıb.

Bəzi digər NATO ölkələri təşkilatın müdafiə xərcləri hədəflərini əhəmiyyətli dərəcədə üstələyib.

MənbəUnikal.az
Son xəbərlər
Digər xəbərlər