6 C
Baku
Thursday, February 13, 2025

Ağ Ev Çinin Tramp və Putin sammitinə ev sahibliyi etmək təklifini rədd edib

Ağ Ev Çinin Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında zirvə görüşünə ev sahibliyi etmək təklifini rədd edib. Bu barədə “The Wall Street Journal” Pekin və Vaşinqtondakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin rəsmilərinin nümayəndələri vasitəçilər vasitəsilə Trampın komandasına iki lider arasında sammit keçirməyi və sülhməramlı səylərə kömək etməyi təklif ediblər. Lakin Çin və Rusiya arasında əlaqələrin gücləndirilməsi ilə bağlı artan narahatlığı nəzərə alaraq, bu təklif ABŞ-də şübhə ilə qarşılanıb.

“WSJ” mənbələrinin bildirdiyinə görə, Çin təklifi sammitin Ukraynanın iştirakı olmadan keçirilməsini nəzərdə tuturdu ki, bu da Qərb ölkələrinin Ukraynanın gələcəyi ilə bağlı istənilən danışıqlara daxil edilməsi ilə bağlı uzun müddətdir verdiyi vədi ilə ziddiyyət təşkil edir.

Bir gün əvvəl, fevralın 12-də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Kreml sözçüsü bildirib ki, Vladimir Putin ABŞ prezidentini Moskvaya dəvət edib. Cənab Tramp mümkün görüşdən danışaraq, bunun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını qeyd edib.

Son xəbərlər
Digər xəbərlər