6 C
Baku
Thursday, February 13, 2025

“AZGRANATA” illəri zərərlə bitirdiyindən kapital çatışmazlığı ilə üzləşib – 23 milyon manatlıq yığılmış zərər!

Azərbaycanda spirti və spirtsiz içkilərin istehsalçısı “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023-cü ildə zərərlə üzləşdiyi məlum olub.

Banker.az xəbər verir ki, şirkətin keçən il gəliri 30.19 milyon manat, satışın maya dəyəri isə 17.31 milyon manat təşkil edib.

Bununla da, ümumi mənfəət 12.87 milyon manat olub.

Bununla belə, digər əməliyyat xərclərindən sonra şirkət 2.15 milyon manat zərər edib.

Şirkətin balansında 23.41 mln. manatlıq yığılmış zərərin olması öncəki illəri də zərərlə bitirdiyini deməyə əsas verir. Şirkətin balansında 21.58 mln. manat nizamnamə kapitalı olduğundan, kapital çatışmazlığı yaranıb. Yəni cəmi kapitalı mənfi 1.82 mln. manatdır.

Şirkətin maliyyə hesabatı yalnız 2023-cü il üzrə təqdim edildiyindən və açıq məlumatlarda öncəki illərin əsas rəqəmləri müqayisə etməyi mümkünsüz edir.

 

Son xəbərlər
Digər xəbərlər