6 C
Baku
Thursday, February 13, 2025

Şahdəniz yatağında qaz hasilatı ötən rüb azalıb

2024-cü il ərzində Şahdəniz yatağından hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetr təşkil edib.

Banker.az xəbər verir ki,  bu barədə operator olan “BP Azərbaycan” hesabat açıqlayıb.

Bu yataqdan gündəlik qaz hasilatı 2024-cü ilin üçüncü rübündə 80.7 milyon kub-m idi.

2024-cü ildə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilmişdir.

Bildirilir ki, Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.

Son xəbərlər
Digər xəbərlər