“Azərbaycan Dəmir Yolları” QSC “risklərini” bu şəxsə həvalə etdi – Təyinat

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.

Banker.az xəbər verir ki, Əsəd Məmmədov “Azərbaycan Dəmir Yolları” QSC-də Risklərin İdarə Edilməsi və Daxili Nəzarət Departamentinin müdiri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin iyulundan buna qədər ADY-də Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin rəis müavini, 2022-ci ilin avqustundan 2023-cü ilin iyuluna kimi Strateji və korporativ inkişaf departamentinin müdir müavini, 2020-ci ilin iyunundan 2022-ci ilin avqust ayına kimi Risklərin idarə edilməsi şöbəsinin müdiri, 2016-2018-ci illərdə isə Bank VTB (Azərbaycan) ASC-də Risklərin idarə edilməsi şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.

Əsəd Məmmədov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və İqtisadi Kibernetika üzrə bakalavr dərəcəsinə yiyələnib, York Universitetində MBA Biznesin idarə edilməsi və menecmenti üzrə təhsil alır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər