14.4 C
Baku
Friday, March 14, 2025

ABŞ dolları niyə ucuzlaşır?

Cümə günü ABŞ dolları son üç həftənin ən aşağı səviyyəsində sabit qaldı. Vaşinqtonun qarşılıqlı tarifləri dərhal tətbiq etməməsi treyderləri sakitləşdi, eyni zamanda ABŞ-ın istehsalçı qiymətləri hesabatı inflyasiya narahatlıqlarını yumşaltdı.

Banker.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp cümə axşamı iqtisadi komandasına ABŞ idxalına vergi qoyan hər bir ölkəyə qarşı qarşılıqlı tariflər hazırlamağı tapşırdı. Lakin o, dərhal yeni tariflər elan etmədi, bunun əvəzinə digər ölkələrin ABŞ mallarına tətbiq etdiyi rüsumların araşdırılması üçün həftələr və ya aylar davam edə biləcək bir prosesi başlatdı.

Bu qərar, hədəf ölkələrin hələ də danışıqlar aparmaq imkanının olması ehtimalını artırdı və bazar əhval-ruhiyyəsini dəstəklədi.

İnvestorlar Trampın inflyasiyanı artırmaq təhlükəsi yaradan tariflərinə hazırlaşdığından ötən il dollar 6 əsas valyuta səbətinə qarşı 7% bahalaşmışdı. Lakin Tramp vəzifəyə gəldikdən sonra Meksika, Kanada və Çinə tariflər elan etsə də, onların tətbiqi ya gecikdirildi, ya da yumşaldıldı. Bu da dolların dəyərinə mənfi təsir etdi.

Avro və funt qarşılıqlı tariflərdən təsirlənə biləcək əsas valyutalar sırasındadır. Trampın inauqurasiyasından sonra avro 2%, funt isə 3% bahalaşıb.

Ekspertlər düşünür ki, Trampın son tarifləri ilə bağlı bazarın narahat olmaması, valyuta treyderlərinin onun son anda tarifləri yumşaldacağını düşündüyünü göstərir.

Bəzi treyderlər tariflərin dollar üçün faydalı olacağını gözləyir, lakin tariflərin gecikdirilməsi dolların yanvar ayından bəri ən aşağı səviyyədən qalxmasına kömək etmədi. Avro cümə günü 1.04823 dollara qədər yüksəldi. Bu artıma Ukrayna və Rusiya arasında mümkün sülh danışıqları ilə bağlı optimizm də təsir göstərdi.

Çərşənbə günü Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə edib. O, cümə axşamı Ukraynanın Rusiya ilə hər hansı sülh danışıqlarında iştirak edəcəyini bildirib.

Funt da günü 0.18% artımla 1.2591 dollarda tamamlayaraq yanvar ayından bəri ən yüksək səviyyəsinə çatıb. Buna həftə ərzində Böyük Britaniya iqtisadiyyatının dayanıqlılığı ilə bağlı narahatlıqların azalması səbəb olub.

İNFLYASİYA QORXULARI AZALIB

Cümə axşamı açıqlanan ABŞ istehsalçı qiymət indeksi inflyasiya təzyiqlərinin bir qədər azaldığını göstərdi. Enerji qiymətlərindəki eniş bu prosesə kömək etdi. Bu, həftənin əvvəlində gözləniləndən daha yüksək istehlakçı qiymətləri hesabatının yaratdığı narahatlığı qismən aradan qaldırdı.

Hazırda fyuçers treyderləri bu il üçün 33 baza bəndi faiz dərəcəsi endirimi qiymətləndirirlər. Bu, cümə axşamı hesabatından əvvəlki 29 baza bəndindən bir qədər yüksək olsa da, çərşənbə günü inflyasiya hesabatı açıqlanmadan əvvəlki 37 baza bəndindən aşağıdır.

ABŞ iqtisadiyyatının perspektivləri ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır. Xüsusilə Tramp administrasiyasının siyasətlərinin necə nəticələnəcəyi əsas suallardan biridir.

Analitiklərə görə, inflyasiyanın gözlənilən qədər azalmasının gecikməsi və Trampın tarif artımları səbəbindən ehtiyatlı mövqedə qalacaq.

Günün sonunda ABŞ-ın yanvar ayı pərakəndə satış göstəriciləri dərc ediləcək.

ABŞ xəzinə istiqrazlarının gəlirliliyi azalaraq investorların istehsalçı qiymətləri indeski məlumatlarına müsbət reaksiya verməsinə səbəb oldu. Bu da yapon yeninin çərşənbə günü 154.80 səviyyəsinə qədər zəifləməsindən sonra əksər itkilərini bərpa etməsinə kömək etdi.

Yapon valyutası 152.775 səviyyəsində sabit qaldı və 2025-ci ildə indiyədək 3%-ə yaxın güclənib. İnvestorlar Yaponiya Bankının bu il yenidən faiz dərəcələrini artıracağına dair mərc edirlər.

Son xəbərlər
Digər xəbərlər