0 C
Baku
Sunday, February 23, 2025

Azərbaycan 2024-cü ildə azot gübrəsinin ixracını 56 faiz artırıb – Yeni müştərilər var!

Azərbaycan cari ildə azot gübrəsinin xammalı sayılan təbii qazın ixracdakı qiymətlərinin ucuzlaşması şəraitində istehsalın həcmini artırdığı kimi, xaricə satışını illik müqayisədə 56 faiz yüksəldib.

Banker.az xəbər verir ki, keçən il xaricə 564.92 min ton həcmində azot gübrəsi ixrac edib və bu ixracın dəyəri 126.22 milyon dollar təşkil edib.

İxracın əsas payı Ukraynanın payına düşür. Keçən il ərzində Ukraynaya 282.24 min ton həcmində karbamid ixrac edilib və bunun da dəyəri 63.28 milyon dollar olub.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş SOCAR-ın Karbamid Zavodu 2019-cu il yanvarında istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub. Lakin bu il ölkə istehsal etdiyi bu gübrənin 85 faizindən çoxunu xaricə ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan 652.3 min ton karbamid istehsal etməklə illik istehsalı 44 faiz artırıb.

Karbamidin bir tonu 2023-cü ildə xaricə ortalama 229 dollara satıldığı halda, 2024-cü ildə bu rəqəm 223 dollar olub.

 

23423

Azot gübrəsi, tonla 2024 2023
  Ukrayna       282,241         61,814
  Rumıniya         97,559       122,333
  Türkiyə         86,152         61,334
  Braziliya         52,965
  Bolqarıstan         16,956         13,422
  İsrail         12,482
  Albaniya           7,993           5,026
  ABŞ           4,240
  Argentina           2,967
  Gürcüstan           1,368             524
İspaniya                –         31,212
İtaliya                –         20,137
Pakistan                –         31,159
Polşa                –             526
Sloveniya                –           4,905
Yunanıstan                –           4,886
Moldova                –           4,929
Son xəbərlər
Digər xəbərlər