Mart ayında Mərkəzi Bank manatın qiymətini davamlı olaraq endirməsi, çoxları üçün təəcüblü strategiya kimi qiymətləndirilir. Düzdür, ilkin mərhələdə bazarda gəzən söhbətlərə görə, bu strategiyanın məqsədi bazarda olan dolların yığılmasından ibarət idi, lakin müddətin uzanması artıq bu versiyanın aktuallığını zəiflətmişdir. Yəni artıq dollar niyə düşür sualına konkret bir istiqamətdə cavab verən ekspert yoxdur. Təbii ki, hər kəsdə səbəb bilmədən, Mərkəzi Bankı manatı bahalaşdırma strategiyası qəti pisləyir.
Açığıı desək, Banker.az olaraq bu proses bizim üçündə olduqca maraqlıdır. Ən azından manatın bahalaşmasına hazırki dövrdə heç bir ehtiyac yoxdur – manat ən yaxşı halda qiymətdən düşməməlidir. Çünki neftin dünya bazarlarında qiymətinin demək olarki dəyişməməsi (hətta cüzü düşməsi) manatımn qiymətinin formalaşmasına dəstək verə bilmir.
Maraqlısı odurki, eyni proses Rusiyada davam edir. Rubl bir neçə həftədir artıq artım fazasındadır. Bu üzdən keçən həftə və bu həftə valyuta bazarında dollar yatırım edən spekulyantların ziyanı yüksək həddə yaxınlaşıb. Minlərlə spekulyant bazarı tərk etmək qərarına gəlib.
Analitiklər həmçinin onuda bildirirlərki, manatın çox bahalaşmasına hökümət icazə verən deyil. Çünki belə bir hal büdcə gəlir və xərclər balansını pozaraq hökuməti çətin duruma sala bilər.







