2024-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna 3 milyard 627 milyon manat həcmində investisiya yatırılıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Kəlbəcərə ümumi həcmi 1 milyard 381 milyon manat həcmində investisiya yatırılıb və işğaldan 4 ildir azad edilmiş bu rayon paytaxtdan sonra ikinci ən iri həcmli yatırım edilmiş inzibati ərazidir. Kəlbəcərə qoyulmuş ümumi investisiyanın 1 mlrd. 374 mln. manatı tikintiyə xərclənib.
Əsas kapitala yönəldilmiş investisiyalar, min manat | ondan tikinti- quraşdırma işləri | |
Şərqi Zəngəzur iqtisadi
rayonu- cəmi |
3627511,3 |
3574977,9 |
o cümlədən: | ||
Cəbrayıl rayonu | 451796,4 | 436626,8 |
Kəlbəcər rayonu | 1381130,4 | 1374784,6 |
Qubadlı rayonu | 317913,9 | 316792,3 |
Laçın rayonu | 923548,4 | 894736,7 |
Zəngilan rayonu | 553122,2 | 552037,5 |