Masato Kanda bu gün rəsmi olaraq Asiya İnkişaf Bankının (AİB) 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.
Bu barədə Asiya İnkişaf Bankının məlumatında bildirilib.
“Regionumuz üçün belə mühüm dövrdə AİB prezidenti kimi vəzifələrimin icrasına başlamaqdan böyük şərəf duyuram”, – deyə cənab Kanda bildirib.
“69 üzvümüzün etimadı və əzmkar heyətimizin güclü dəstəyi ilə mən, AİB-in dayanıqlı, inklüziv və davamlı inkişafı təşviq etmək missiyasını gücləndirməkdə qərarlıyam. Biz birlikdə tələb olunan inkişaf çağırışlarına cavab verərək AİB-in regionda etibarlı tərəfdaş olaraq qalmasına çalışacağıq”, -deyə o bildirib.
Kanda Masasuqu Asakavanın varisi olaraq qabaqcıl təcrübə və innovasiyalar irsini davam etdirəcək.
AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.