4 C
Baku
Tuesday, February 25, 2025

Xaricdən gələn şagirdlərin yerdəyişməsi qaydası açıqlanıb

Xarici ölkələrdən gələn şagirdlərin müvəqqəti yaşayış sənədi yoxdursa, onlar yerdəyişmə zamanı ASAN xidmətdən və ya Regional Təhsil İdarələrindən kömək ala bilərlər.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

“Bu zaman şagirdin xaricdə yaşadığı və təhsil aldığına dair sənədləri təqdim edilməlidir. Məlumat təsdiqlənərsə, sy.edu.az portalına daxil edilir. Bununla da valideyn istədiyi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər”, – o bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər