Azərbaycanda investisiya aləti kimi çıxış edən həyatın yığım sığortası bazarı 2025-ci ildən tətbiq etdiyi yeni qaydalara baxmayaraq kəskin böyüyüb.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, ilin yanvar ayında həyat sığortası bazarı illik 38 faiz artaraq 55.62 milyon manata yüksəlib.Sığorta bazarı dedikdə, yığılan sığorta haqları nəzərdə tutulur. Sığorta ödənişlərinin həcmi isə daha zəif dinamika ilə – 25 faizlə artaraq cəmi 29.09 milyon manat olub.
2025-ci il yanvarın 1-dən etibarən vergi qanunvericiliyində düzəlişlər edilərək həyat sığortası bazarına da təsir edib.
2005-ci ildən etibarən sığorta haqqı gəlir vergisindən azad edilirdi və 2018-ci ildə bu güzəş 50%-ə endirildi. 2025-ci ildə edilmiş yeni düzəlişlərə görə, dövlət sektorunda çalışanların əmək haqqından yığım sığortasına ayrılan vəsaitlər vergi və sosial sığorta haqqı güzəştindən çıxarılacaq.
Lakin hazırda yanvardakı azalmaya təsirin olmaması 2024-cü ilin dekabr ayınadək imzalanmış müaqavilələr üçün 2027-ci ilin dekabr ayına kimi bu güzəşlər davam etməsidir.
Bununla yanaşı, özəl sektor için bu güzəşlər davam edəcək və onların sığorta yığımlarının vergi və sosial sığorta haqqından azad edilməsi hələ də keçərlidir.
Həyatın yığım sığortası lisenziyalı sığorta şirkətləri tərəfindən təklif olunur və hazırda ölkədə 5 sığortaçı bu xidməti göstərir.