0 C
Baku
Wednesday, February 26, 2025

Ötən ay daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 10% artıb

2025-ci ilin yanvarında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə 3 milyon 914 min manat sığorta haqqı toplanılıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. 2024-cü ilin ilk ayında daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 3 milyon 571 min manat təşkil edib.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2.3 dəfə artaraq 204 min manat olub. 88

Son xəbərlər
Digər xəbərlər