-1 C
Baku
Wednesday, February 26, 2025

bp İraqdakı nəhəng Kərkük neft yatağına qayıdır

bp kompaniyası İraqın şimalında yerləşən Kərkük əyalətindəki iri neft yatağına sərmayə yatırmaq üçün yerli hökumətlə razılığa gəlib.

Kompaniyadan verilən məlumata görə, sazişlər hasilatın sabitləşdirilməsini və artımını, qazma proqramını, mövcud quyu və obyektlərin bərpasını, o cümlədən yeni infrastrukturun inşasını, qaz yataqlarının genişləndirilməsi üzrə layihələri və kəşfiyyata investisiya potensialını nəzərdə tutur.

İlkin mərhələdə neft və qazın ümumi hasilatının 3 milyard bareldən çox olacağı gözlənilir. Müqavilə çərçivəsində yaxınlıqdakı ərazilərdə daha geniş resurs potensialının 20 milyard barel olduğu proqnozlaşdırılır.

Bu məqsədlər üçün yaradılacaq yeni operator, əsasən İraqın North Oil Company (NOC) və North Gas Company (NGC) şirkətlərinin işçilərindən, həmçinin Böyük Britaniya kompaniyasının ezam edilmiş əməkdaşlarından ibarət olacaq.

1920-ci illərdə Kərkükdə neft yataqlarını kəşf edən şirkətlər konsorsiumunun üzvü olan bp 2013-cü ildən 2019-cu ilədək yataqların yenidən işlənməsi potensialının araşdırılması üzrə texniki tədqiqatlar aparıb.

Kərkük neft yatağı İraqın şimal-şərqindəki Kərkük vilayətində, qismən də İraq Kürdüstanının Ərbil vilayətində yerləşir. Qazma işlərinə 1934-cü ildə başlanılan yatağın ehtiyatları 8,7 milyard barel təşkil edir.

Qeyd edək ki, 2018-ci ilin əvvəlində Kərkük yatağında hasilat 140-150 min barel olduğu halda, 2020-ci ildə bu göstərici 60 min barelə enib. 2019-cu ildə tamamlanan müqavilənin şərtlərinə əsasən, bp hasilatı sutkada 750 min barelə çatdırmaq üçün zəruri tədqiqatları aparmalı idi.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər