28 Mall-da bomba həyəcanı – FOTO

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

Banker.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən “28 Mall” Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.

12966143_845045058956324_1191790141_n 12935403_845045128956317_1116993347_n 12970429_845030755624421_750926380_o 12962489_845030648957765_1050364988_o 12953117_845030728957757_1508000831_o 12948319_845030625624434_867536632_o 12947032_845030692291094_785199442_o 12940971_845030715624425_257040786_o

Son xəbərlər
Digər xəbərlər