3 C
Baku
Thursday, February 27, 2025

Banklar süni intellekt səbəbindən bütün dünyada işçilərini ixtisar etməyə başlayır

Bütün dünyada banklar süni intellektin (Sİ) tətbiqi fonunda işçilərini ixtisar etməyə başlayır.

Bu barədə “The Banker” nəşri məlumat yayıb.

Sinqapurun DBS bankı Sİ səbəbindən iş yerlərində əhəmiyyətli ixtisarlar elan edən ilk böyük Asiya bankı olub. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, yaxın üç il ərzində bankın işçi heyəti 10% azalacaq.

Bənzər tədbirlər barədə İtaliyanın “Intesa Sanpaolo” bankı da məlumat verib. Analitiklərin proqnozlarına görə, Sİ-nin bank sektorundakı əmək bazarına təsiri yalnız güclənəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəzlənəcək.

İxtisarlara baxmayaraq, bank sektorunda Sİ ilə işləmək üçün yeni iş yerləri də yaranır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər