“AL Market” MMC-nin qanuni təmsilçisi dəyişib.
Banker.az xəbər verir ki, “Al Market” MMC-yə yeni təyin edilən rəhbər Muhammed Zulfu Ozcelik-dir.
Ona qədər bu vəzifədə Adem Tansel Tuzcu idi.
Muhammed Ozcelik 2023-cü ilin oktyabrından indiyə qədər “Azersun Holding”də İnsan Resursları direktoru kimi çalışıb.
Xatırladaq ki, “Al Market” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 42 278 621.54 AZN təşkil edir.