2 C
Baku
Thursday, February 27, 2025

Mərkəzi Bank ödəniş bazarında ilkin nəzarət tədbirlərinə başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul və ödəniş təşkilatları ilə bağlı ilkin nəzarət tədbirlərinə start verib.

Bu tədbirlər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqında” qanuna uyğun həyata keçirilir.

Xatırladaq ki, AMB indiyə qədər 14 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 23-ə çatıb. Hazırda 8 təşkilat lisenziya almaq üçün gözləyir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər