Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Embafinans” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verib.
Banker.az xəbər verir ki, 27 fevral 2025-ci il tarixində verilən qərara əsasən, istiqrazların hər biri 1000 manat olmaqla 2000 ədəd olacaq.
İstiqrazların illik gəlirlilik faizi 13% olmaqla 1 il müddətinə veriləcək. İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) ödənişlər ediləcək.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | BOKT “EMBAFİNANS” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2014020609 |
İstiqrazların növü və forması | İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi / Birqəymətli |
İstiqrazların sayı | 2,000 ədəd |
İlkin ticarət qiyməti | 1,000 manat |
İstiqrazların buraxılış həcmi | 2,000,0000 manat |
İllik gəlirlilik faizi | 13% |
Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
Tədavül müddəti | 1 il |
Ticarətə buraxılma tarixi | Emitent tərəfindən bildiriləcək |
Anderrayter | “Unicapital İ.Ş.” QSC |