8 C
Baku
Thursday, December 12, 2024

Bankın maliyyə dayanıqlığını necə qiymətləndirmək olar?

Bank sektoru iqtisadi sarsıntılara qarşı ən həssas olan sahələrdən biridir. Bəzi banklar üçün çətin maliyyə vəziyyəti bankrot ilə nəticələndiyi halda, digər banklar qeyri stabil şəraitdə sağ qalmaqdan ötrü maksimum səy sərf etməli olurlar. Bəs bankın maliyyə etibarlılığın necə ölçmək olar? 

Bankın xoşagəlməz iqtisadi situasiya qarşısındakı davamsızlığına və ya çətinliklərə tab gətirmək qabiliyyətinin olmamasına bir sıra faktorlar təsir göstərir. İlk növbədə bunlar balansın strukturu və dinamikası, aktivlərin keyfiyyəti və resurs bazası, cari hesablaşmaları həyata keçirmək üçün maliyyə vəsaitlərinin yetərliyi, likvidlik göstəriciləri, kapitallaşma və rentabellikdir.

Aydındır ki, maliyyə menecmenti ilə bağlı heç bir kitab oxumayan adi əmanətçi üçün, bu meyarlar qiymətləndirmə baxımından həddindən artıq çətindir. Ona görə də bir çoxları çətin riyazi hesablama ilə bağlılığı olmayan faktorlara üstünlük verirlər. Onlardan ən vacibi – dövlətin kapitalda təmsil olunma səviyyəsi, iri maliyyə-holdinqlərinin tərkibinə daxil olma və xarici investisiyalardır.

Açıq informasiya mənbələrindən istifadə edərək maliyyə müəssisəsinin dayanıqlığını necə qiymətləndirmək olar? Sahibkarlar ilə bağlı məlumatla bankın rəsmi saytında tanış olmaq olar. Həmçinin elə həmin saytda bankın illik hesabatı, mənfəət və zərərlər hesabatı, həm də mühasibat balansı yerləşdirilməlidir.

Kredit təşkilatının etibarlıq səviyyəsini müxtəlif reytinqlər vasitəsi ilə də qiymətləndirmək olar. Onların arasında ən məşhuru Forbes jurnalının təqdim etdiyi bankların güvənlilik reytinqidir. O, aktivlərin, kapitalın, mənfəətin və müştəri depozitlərinin həcmi, həmçinin beynəlxalq Moody’s, Fitch, Standard&Poor’s agentliklərinin verdiyi reytinqləri nəzərə almaqla tərtib olunur.

Maliyyə müəssisəsinin zəif dayanıqlıq əlamətləri:

  • Bank əməliyyatlarının həyata keçirilməsində sürətin azlığı, bu əməkdaşların peşəkarlığının yetərincə olmadığını və səmərəsiz proqram təminatından istifadə edildiyini göstərir;
  • cəlb edilən vəsaitlərə verilən yüksək faizlər;
  • Bankın saytında rəsmi maliyyə hesabatlarına rast gəlinməməsi;
Son xəbərlər
Digər xəbərlər